Do exit monotony live interested of your age. Get new different interesting training information every day!
10 August 2014
İlk virus
“Creeper” proqramı dünyada ilk kompüter virusu sayılır. Onu 1971-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar Agentliyinin (DARPA) ARPANET3 şəbəkəsinə xidmət göstərən əməkdaşı yazıb. “Creeper” müasir mənada başa düşülən kompüter vürusu olmayıb. Onun yaradıcısı mühəndis Bob Tomas sadəcə kompüterlər arasına “hərəkət edən” proqram yazmağa cəhd göstərmişdi. O, bu yolla kompüterlərə hansısaı ziyan vurulmasının mümkünlüyünü təsəvvür belə etmirdi.
Kompüterin yaddaşına girən proqram “I’m the creeper, catch me if you can!” məlumatını gəzdirib dərhal digərinə yönəlməyə cəhd edirdi. Creeper TENEX əməliyyat sistemi ilə çalışan DEC PDP-10 kompüterlərində işləyirdi. Bu kompüterlər indiki ölçülərlə müqayisədə həddən artıq iri idi. Zəhlətökən və ümumiyyyətlə zərərsiz virusa qarşı “Reaper” proqramı işlənib hazırlanır. Buna o zamanın antivirusu desək ,yanılmarıq. Yeri gəlmişkən, həmin illlərdə kompüter proqramlarına münasibətdə “virus” sözü işlənmirdi. “Kompüter virusu” termin kimi sonradan meydana gəlib.
1983-cü ildə Kaliforniyalı tələbə Fred Koen kompüter təhlükəsizliyi məşğələlərində öz- özünə artan və şəbəkəyə virus kimi yayılan proqram yaradır. Həmin proqram xüsusi təhlükəli deyildi. Fred Koen o zamandan “kompüter virusu” termininin müəllifi sayılır.
İndi virusların yayılması üçün ən əlverişli vasitə internetdir. 2000-ci ildə yaranan “yeni dövrün” ilk genişmiqyaslı virusu “I LOVE YOU” epidemiyasıdır. O, elektron poçt vasitəsi ilə yayılır. Məktub alan istifadəçı cəlbedici başlığa aldanır, onu açan kimi ziyanverici proqramla üzləşir.
Yeri gəlmişkən, Fred Koen 1987-ci ildə sübut edib ki, kompüter viruslarını aşkarlayıb qeydə alan 100 %-lik alqoritm yaratmaq mümkün deyil.
Virusların yaradılması və yayılması
Virus proqramlar 3 məqsədlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır. Kompüter virusları orbitə yetişdi. Hər gün 10-15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. 1990-cı ildə təxminən 500 virus, 1992-ci ildə – 3 000, 1994-cü ildə – 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004-cü ildə 112 000-dən çox virus məlum idi.
Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.
Virusların yayılması
Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı, İnternet viruslar üçün geniş magistral açdı. Kompüter virusları İnternetdə bioloji virusların real dünyada yayıdmasından daha sürətlə yayılır. 2003-cü ildə Slammer “soxulcanı” 10 dəqiqə ərzində 75 min kompüter yoluxdurmuşdu.1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu. Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş I Love You! virusu təzələdi.
Praktik olaraq virusla “yoluxdurmaq” mümkün olmayan fayl növü qalmamışdır. Artıq mobil telefonları və proqram təminatından istifadə edən dizər qurğuları yoluxduran viruslar da sürətlə yayılır.Virus müəllifləri təkcə texnoloci zəifliklərdən deyil, “psixoloci” zəifliklərdən də istifadə edirlər. Tədqiqatlar göstərmişdir ki, Anna Kournikova, Sean Connery, Julia Roberts, Elvis Presley Lives, Explicit Hot Porn kimi viruslardan əziyyət çəkmiş hər beşinci İnternet istifadəçisi edilmiş xəbərdarlıqlara baxmayaraq həmin adlı qoşma faylları açmışdılar.
Köhnədən ən məşhur virus bulaşma yolu, bir kompüterdən digərinə “disket” ilə fayl atmaq idi. Hal-hazırda isə, kompüter şəbəkələrinin olduqca sıx istifadə edilməsi, hər kəsə açıq fayl arxivləri və internet üzərindəki məşhur qarşılıqlı təsirli mühitlər (IRC, ICQ, Veb kimi) viruslu proqramların yayılması üçün olduqca uyğun mühitlərdir. Ayrıca, e-mail yoluyla gələn proqramların idarəsiz işlədilməsi də bir başqa potensial təhlükə olaraq qarşımızdadır.

Subscribe to:
Posts (Atom)